Ronaldunun yerə atdığı kapitan sarğısı 7.5 milyona satıldı – FOTO



 

2022-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2:2 hesabıyla başa çatan Serbiya - Portuqaliya matçının son dəqiqələrində Kriştianu Ronaldunun yerə atdığı kapitan sarğısı xeyriyyə hərracında satılıb.

7.5 milyon serb dinarı (128 min manat) müqabilində satılan parçanı “Mozzart Bet” bukmeker kontoru əldə edib.

Bu vəsaitin Serbiyada onurğaboyu əzələ atrofiyasından əziyyət çəkən 6 aylıq körpənin müalicəsinə yönəldildiyi bildirilib.

Qeyd edək ki, oyundan sonra sarğını meydançadan götürən yanğınsöndürmə xidmətinin əməkdaşı onu “Həyat naminə birlikdə” xeyriyyə təşkilatına hədiyyə edib.

Xatırladaq ki, Ronaldu vurduğun qolun hakim tərəfindən hesaba alınmamasına etiraz əlaməti olaraq kapitan sarğısını yerə atıb.