“İnter”in keçmiş oyunçusu öz qohumlarına hücum etdi - FOTO/VİDEO
İtaliyanın “İnter” klubunun keçmiş oyunçusu Freddi Quarin Kolumbiyada saxlanılıb.
O, öz qohumlarına hücum edib.
Bu barədə “Mash” “Telegram” kanalı kadrlar yayıb.
Bildirilir ki, Enviqadodakı qohumlarıgildə qonaq olan 34 yaşlı futbolçu qəfil onlara hücum edib. Nəticədə hadisə yerinə polislər cəlb olunub.
Kadrlarda qanlar içində olan gəncin polislər tərəfindən aparıldığı görünür.
Hazırda Quarin xəstəxanada həkim nəzarətindədir. Onun qəfil hücumunun səbəbləri hələ ki, aydın deyil.