Azərbaycanlı idmançının türkiyəli rəqibi döyüşdən imtina etdi, onun yerinə suriyalı təyin olundu - FOTO/VİDEO



 

Bu gün Türkiyənin İstanbul şəhərində tayboksinq üzrə “King of Kings” təşkilatının döyüş gecəsi keçiriləcək.

Bu barədə Oxu.Az-a Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ehram Məcidov deyib.

O bildirib ki, bu yarışda Azərbaycanı 82 kq çəki dərəcəsində “Xocalı” klubunun idmançısı Rauf Gərayzadə təmsil edəcək:

“Onun rəqibi Mustafa Akdəmir olmalıydı. Lakin o, bizə məlum olmayan səbəblərdən döyüşdən imtina etdi. Hətta qaldığımız oteli tərk edib. Ona görə də təşkilatçılar Raufa rəqib kimi Suriya idmançısı Ömər Əlhacı seçib. Bu idmançının da rəqibi türk olmalıydı. Lakin o da koronavirusa yoluxduğundan, yarışa bilməyəcək. Bu səbəbdən də təşkilatçılar bu iki idmançını bir-birinə rəqib təyin edib”.

Qeyd edək ki, döyüş bu gün keçirilsə də, sabah Türkiyənin “Sports TV” telekanalı vasitəsilə göstəriləcək.

Səbuhi Musayev