Nicat Şıxəlizadə “Böyük Dəbilqə”nin mükafatçısı oldu – FOTO
Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışında Azərbaycan ilk medalını qazanıb.
Nicat Şıxəlizadə (-66 kq) üçüncü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bluşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.
Bu çəkidə digər idmançımız Orxan Səfərov isə bürünc medal görüşdə uduzaraq mükafatsız qalıb.
Qeyd edək ki, “Böyük Dəbilqə”yə aprelin 3-də yekun vurulacaq.
Səbuhi Musa