Millimizin qapıçısı Avropanın ən çox qurtarış edən futbolçusudur



 

Futbol millimizin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dünya çempionatının seçmə mərhələsində yenə ən çox qurtarış edən qolkiperdir.

Oxu.Az xəbər verir ki, Dağıstan əsilli qapıçı Serbiya ilə oyunda daha beş seyv edib.

Bununla da onun seyvlərinin sayı 19-a çatıb. İkinci yerdə olan Cəbəlüttariqin qapıçısı Deyl Kilinq isə 18 qurtarış edib. Şimali İrlandiyanın “Qlentoran” klubunun qapıçısı üç oyuna 14 top buraxsa da, 18 dəfə rəqib futbolçulara mane olmağı bacarıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Portuqaliya ilə oyunda 14 seyv edib.

Səbuhi Musayev