Noyer tibbi maska biznesinə başladı
Münhen “Bayern”inin məşhur qapıçısı Manuel Noyer özünə əlavə məşğuliyyət tapıb.
Bu barədə “Hürriyet” yazıb.
Almaniya millisinin də qapıçısı olan Noyer tibbi maska biznesinə qoşulub.
Almaniya millisinin mühafizə dəstəsində olan yaxın dostu Björn Borqmanla birlikdə şirkət yaradan 35 yaşlı qapıçının futbolu buraxdıqdan sonrakı həyata hazırlaşdığı bildirilir.
Şəriki ilə Polşada maska fabriki yaradan Noyerin ilk müştəriləri arasında öz komandası da olub.