Canni de Byazi erməni dostunu “qardaş” adlandıran futbolçumuzun hərəkətinə münasibət bildirdi



 

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi futbolçu Aleksey İsayevin sosial şəbəkədəki paylaşımına şərh yazan erməni dostunu “qardaş” adlandırmasına münasibət bildirib.

“Report” xəbər verir ki, italiyalı mütəxəssis İsayevin böyük səhvə yol verdiyini bildirib. De Byazinin fikrincə, bunu yarımmüdafiəçinin özü də başa düşüb: 

“Uşaq özü də böyük səhv etdiyini başa düşüb. Həmin dəqiqə paylaşımı sildi. Gənc oyunçudur. Onu öldürmək düzgün olmaz”.