“Mançester Siti”dən Aqueronun komandadan ayrılacağı ilə bağlı AÇIQLAMA
“Mançester Siti”nin hücumçusu Serxio Aquero tezliklə sərbəst agent statusu alacaq.
“Matç TV”nin məlumatına görə, futbolçunun mövsümün sonunda klubdan ayrılacağı rəsmən təsdiqlənib.
“Son 10 ildə Serxionun “Mançester Siti”yə töhvəsini dəyərləndirməmək mümkün deyil. O, klubu sevən hər kəsin yaddaşında əbədi olaraq qalacaq. Biz “Ettihad” stadionunda David Silva və Vinsant Kompaninin abidəsi yanında onun da heykəlini ucaltmaq istəyirik”, - deyə klubdan verilən bəyanatda bildirilib.
Aqueronun “Barselona”ya keçəcəyi gözlənilir.