Ayvazyan: “Azərbaycanla Ermənistan XİN başçılarının görüşü planlaşdırılmır”



 

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri (XİN) başçılarının Qarabağ münaqişəsinin həllinin davam etdirilməsinə həsr olunmuş görüşü planlaşdırılmır”.

TASS xəbər verir ki, bunu Ermənistan XİN başçısı Ara Ayvazyan parlamentin xarici əlaqələr daimi komissiyasının iclası zamanı deyib.

“1 aprel tarixində MDB üzvü olan ölkələrin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşürəm. Hazırda üçtərəfli və ya ikitərəfli görüş (Azərbaycan Xarici İşlər Naziri ilə) planlaşdırılmır, lakin iclas çərçivəsində təbii ki, müxtəlif tərəfdaşlarla görüşlər olacaq”, - deyə Ayvazyan qeyd edib.