“Neftçi”nin futbolçusu millidə ilk qolunu vurdu - VİDEO



 

“Neftçi”nin futbolçusu Mamadu Kan Qvineya millisində ilk qolunu vurub.

Oxu.Az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin A qrupunun Namibiya – Qvineya görüşündə hesabı açan futbolçu olub.

24 yaşlı mərkəz yarımmüdafiəçisi bu görüşdə bütün oyun boyu meydanda olub və 17-ci dəqiqədə fərqlənib. Bu, Mamadu Kanın millidə ilk qolu olub.

Bununla belə, Qvineya millisi məğlub olub. Namibiya iki qol vuraraq 2:1 qalib gəlib.

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, Qvineya millisi qrup ikincisi kimi Afrika Millətlər Liqasına vəsiqə qazanıb. Beləliklə, Mali, Qvineya, Burkina Faso, Qana, Sudan, Qabon, Qambiya, Mərakeş, Kamerun, Misir, Komor adaları, Əlcəzair, Zimbabve, Seneqal, Tunis, Ekvatorial Qvineya, Fil Dişi Sahili və Nigeriya gələn il yanvar-fevral aylarında keçiriləcək Afrika qitəsinin ən mötəbər turnirinə vəsiqəni təmin edib. Daha altı komanda Kamerunda keçiriləcək yarışa vəsiqə qazanmağa çalışacaq.

Səbuhi Musayev