İngiltərə millisinin baş məşqçisi oyunçularını sosial şəbəkələrdən çıxmağa çağırdı



 

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt yığma komanda oyunçularına sosial şəbəkə hesablarını bağlamağı təklif edib.

Bu barədə “Sky Sport” məlumat yayıb.

Futbol mütəxəssisinin fikrincə, hazırda şəbəkələrdə rasizmlə bağlı təhqirlərə nəzarət olunmur.

“Futbolçular oyundan sonra yorğun halda soyunub-geyinmə otağına gəlir və telefonu götürüb baxırlar. Bəs onlar orada nə görəcəklər?”, - deyə Sautgeyt bildirib.

Baş məşqçinin sözlərinə görə, yığmanın toplanışları zamanı sosial şəbəkələrdən aralanmağı tərcih edir. Belə ki, buradakı neqativ hallar milli komandanın oyununa mənfi təsir göstərir.