“Böyük dəbilqə” turnirinin son günündə daha iki cüdoçumuz mübarizəyə başlayır
Bu gün Tbilisidə “Böyük dəbilqə” turnirinin son gününün yarışları keçirilir.
Turnirdə ağır çəkili cüdoçularımız Uşangi Kokauri (100 kiloqramdan yuxarı) və Aslan Mirzəyev (100 kiloqram) mübarizəyə başlayır. A.Mirzəyev Reda Nafva (Qətər), U.Kokauri isə Qalımjan Krikbay (Qazaxıstan) - Cemal Erdoğan cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, komandamızın aktivində 2 bürünc medal var. Belə ki, medalları yığmamızın hesabına Kəramət Hüseynov (60 kiloqram) və Murad Fətiyev (87 kiloqram) yazdırıb.
Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.