Ronaldu kapitanlıq sarğısını yerə atması ilə bağlı qalmaqaldan danışdı - FOTO
Futbol üzrə Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu Serbiya ilə dünya çempionatının seçmə oyunundakı yaşananlarla bağlı danışıb.
Futbolçu bu barədə fikirlərini sosial media hesabında bölüşüb:
"Portuqaliya millisinin kapitanı olmaq həyatımda ən böyük qürurlardan və imtiyazlardan biridir. Mən ölkəm üçün hər şeyi verirəm və bu heç vaxt dəyişməyəcək. Amma xüsusən biz bütün xalqın əzab çəkdiyini hiss etdikdə çətin vaxtlar olur. Başınızı qaldırın və bu dəqiqə növbəti çağırışı qəbul edin! Gəl Portuqaliya!"
Xatırladaq ki, Portuqaliya milli komandasının futbolçusu Serbiya ilə dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə atıb. O bunu qolunun sayılmamasına etiraz əlaməti kimi edib.
Hakimin qərarından narazı qalan Ronaldu sarı vərəqə alıb. Bundan sonra ulduz futbolçu kapitan sarğısını çıxararaq atıb.