Boks üzrə keçmiş dünya çempionu karyerasını bərpa edir



 

Boks üzrə keçmiş dünya çempionu amerikalı Oskar De La Hoya karyerasını bərpa etmək niyyətindədir.

Gazeta.ru xəbər verir ki, bu barədə o mətbuat konfransında deyib.

Keçmiş dünya çempionu bildirib ki, 3 iyulda yenidən rinqə çıxmaq istəyir, lakin o, rəqibinin adını açıqlamayıb.

47 yaşlı De La Hoya 1992-ci ildə Olimpiya çempionu olub. Peşəkar karyerasında keçirdiyi 45 döyüşdə 39 qələbə qazanıb (30-u nokautla nəticələnib), 6 dəfə məğlub olub.

Amerikalı Jeff və Floyd Mayvezerlərə, Bernard Hopkinsə, Menni Pakyaoya, Xulio Sesar Çavesə qarşı ringə çıxıb.

Onun son döyüşü 2008-ci ildə olub.