Cüdo millimizin növbəti “Böyük Dəbilqə” üçün heyəti açıqlandı
Türkiyənin Antalya şəhərində keçiriləcək ilin dördüncü “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan millisinin heyətinə aydınlıq gəlib.
Oxu.Az-ın xəbərinə görə, qardaş ölkədə millimiz 13 cüdoçu ilə təmsil olunacaq. Bunlardan 9-u kişi, 4-ü qadın idmançı olacaq.
Kişilər: Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi -81 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq);
Qadınlar: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq), Günel Həsənli (-70 kq)
Qeyd edək ki, 1-3 aprel tarixlərində keçiriləcək Antalyadakı turnirdə 101 ölkədən 543 cüdoçunun (321 kişi və 222 qadın) iştirakı qeydiyyata alınıb.
Səbuhi Musayev