Daha bir cüdoçumuz medalın bir addımlığında
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” yarışında Azərbaycanın daha bir cüdoçusu medal qazana bilər.
Oxu.Az xəbər verir ki, bu, 81 kq çəki dərəcəsində yarışan Murad Fətiyevdir.
O, İsrail, İspaniya, Misirdən olan rəqiblərinə qalib gəlsə də, 1/4 finalda bu çəkidə son Avropa çempionu Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub. Daha sonra Murad Portuqaliyanın gürcü əsilli idmançısı Anri Equtidzeyə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Fətiyevin bürünc medal üçün rəqibi Antuan Valua-Fortye (Kanada) olacaq.
Bu çəkidə digər idmançımız olan Zelim Tskayev isə İtaliyanı təmsil edən rəqibinə qalib gəlsə də, Moldovadan olan Dorin Qotonoaqaya uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, dünən 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Azərbaycana bürünc medal qazandırıb.
Səbuhi Musayev