Pol Qobl: “ABŞ “erməni soyqırımı”nı tanısa təəccüblənərəm”



 

“1915-ci il hadisələrini “soyqırım” kimi tanıyacağına söz verən, ancaq vəzifəyə gəldikdən sonra bunu etməyən ABŞ prezidentliyinə namizədlərin uzun bir tarixçəsi var. Prezident Co Baydenin istisna təşkil edəcəyi təəccüb doğurur”.

Bunu tanınmış amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımını” tanıyıb-tanımaması ilə bağlı Caliber.Az-ın sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bunun baş verməsinin yeganə səbəbi (“erməni soyqırımı”nın tanınması-red.) Ankaranın NATO məhdudiyyətlərinə qarşı çıxması ola bilər (Rusiyadan S-400 komplekslərinin alınması ilə bağlı -red.).

Qobl qeyd edib ki, Vaşinqton Türkiyəyə qarşı istifadə edilə biləcəyi bir şeyə sahib olmaq istəyir.

“Əlbəttə ki, Co Bayden “soyqırımı” tanıyarsa, Türkiyə ilə problemlər yarana bilər. Ancaq güman edirəm ki, bunlar Rəcəb Tayyib Ərdoğanın prezidentliyinə qədər olduğu kimi ciddi problemlər olmayacaq”, - deyə o vurğulayıb.