Tyeri Anri sosial şəbəkə hesablarını bağlayacaq - FOTO



 

Fransanın məşhur futbolçularından biri olmuş, hazırda isə karyerasını məşqçi kimi davam etdirən Tyeri Anri sosial şəbəkə hesablarını bağlamağa hazırlaşdığını bəyan edib.

O, bu barədə “Twitter” hesabında yazıb.

Keçmiş hücumçu bu addımını şəbəkələrdəki rasizm və psixoloji təzyiqlərə qarşı etiraz əlaməti olaraq atdığını bildirib.

Anri qeyd edib ki, bu sahədə vəziyyət dəyişməyincə sosial şəbəkələrə qayıtmayacaq.