İqor Nikulin: “Bu, Ermənistan tərəfindən şantajdır” – MÜSAHİBƏ



 

4 aprel tarixi dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd ediləcək. Azərbaycan üçün bu mövzu daha çox aktualdır, çünki son dörd ayda azad edilmiş ərazilərdə minaların partlayışları nəticəsində onlarla mülki şəxs ölüb və ya yaralanıb.

Erməni tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən imtinaya davam edir. Niyə? Hansı beynəlxalq təzyiq metodları mövcuddur?

Caliber.Az hərbi ekspert, kimyəvi və bioloji silahlar üzrə mütəxəssis, BMT-nin bioloji silahlar üzrə Komissiyasının keçmiş üzvü İqor Nikulinlə bu barədə söhbətləşib:

- Şahzadə Diana (1981-ci ildən 1996-cı ilədək, Britaniya taxtının varisi, Uels Şahzadəsi Çarlzın ilk həyat yoldaşı - red.) piyada əleyhinə minaların tamamilə qadağan olunmasının tərəfdarı kimi çıxış edib, bu mövzuda konvensiya hazırlanırdı. Ancaq ölümündən sonra mövzu bağlandı.

Qarabağdakı vəziyyətə qayıtsaq - sülh bağlandığı üçün minalanmış ərazilərin xəritələri açıqlanmalıdır. Ancaq göründüyü kimi bunun qarşısını alan bəzi amillər var.

- Hansı amilləri misal çəkmək olar?

- Bəlkə də qüvvələr var ki, (Ermənistanda - red.) bu müharibənin yenidən oynanılmalı, hər şeyin geri qaytarılmalı olduğuna inanırlar, niyə bütün sirləri açsınlar?

Qarşılıqlı inamsızlıq faktoru da var ki, bu da açıq, ağlabatan, düzgün qərar verilməsinə və minalanmış ərazilərin xəritələrinin mübadiləsinə mane olur. Ancaq bir həll yolunun, bir uzlaşmanın tapılması vacibdir.

- Axı Azərbaycanın mübadilə edəcəyi bir şey yoxdur. Azərbaycan tərəfi Ermənistan ərazilərini minalamayıb. Belə çıxır ki, bu, Ermənistan tərəfindən hansısa şantaj elementidir?

- Əlbəttə. Bu, bəlkə də bəzi zəmanət almaq istəyən erməni tərəfindən şantajdır, bazarlıqdır. Ancaq təəssüf ki, mülki insanlar doğma yurdlarına dönərkən bu səbəbdən ölürlər.

- BMT mina məsələlərində yaxından iştirak edir. Minalanmış ərazi xəritələri ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət işə yarıyar?

- BMT-nin reaksiyasına güvənə bilərsiniz, amma bu uzun prosessdir, məsələ komissiyalarda müzakirə ediləcək və s. BMT çox bürokratik quruluşdur. Ancaq problemin humanitar tərəfinə diqqət yetirərək mübarizə aparmaq və BMT-yə müraciət etmək lazımdır, çünki münaqişədə iştirak etməyən insanlar əziyyət çəkirlər və üstəlik, artıq sülh bağlanıb.

- Azərbaycan dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatının (NAM) sədr ölkəsidir...

- Bu çox vacibdir. NAM-da iş görülürsə, bu, şübhəsiz ki, BMT-dəki səsverməyə təsir edəcək.