Qətər - Azərbaycan oyununun hakimləri müəyyənləşib
Martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan yoldaşlıq görüşünüs idarə edəcək hakimlər müəyyənləşib.
AFFA xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Tomaş Somolani, Branislav Hancko
Dördüncü hakim: Peter Kraloviç