“Fənərbağça”da koronavirusa kütləvi yoluxma halı aşkar edilib
İstanbulun “Fənərbağça” klubunun dörd futbolçusu COVID-19-a yoluxub.
“Ntvspor” məlumat verir ki, sonuncu dəfə klubun oyunçuları “Beşiktaş”la derbi oyunundan sonra koronavirus testindən keçmişdi.
Adları mətbuata açıqlanmayan futbolçuların dərhal karantinə alındığı və onların müalicəsinə başlanıldığı bildirilib.