“Yuventus” Zidanı komandanın sükanı arxasına gətirməyi düşünür
İtaliyanın “Yuventus” futbol klubu mövsümün sonunda baş məşqçi Andrea Pirlo ilə yollarını ayıra bilər.
“La Gazzetta dello Sport” yazır ki, klub rəhbərliyinin potensial baş məşqçilər siyahısında Zinəddin Zidanın da adı var. Onunla yanaşı, “Qoca sinyora” Massimiliano Alleqrinin də namizədliyini nəzərdən keçirir.
Qeyd edək ki, hazırda komanda 55 xal yığaraq ölkə çempionatında üçüncü pillləni tutur.