Paralimpiya məşəli əqli məhdudiyyətli şəxslərin öldürüldüyü şəhərdə yandırılacaq
Paralimpiya Oyunlarının məşəli 2016-cı ildə 19 əqli məhdudiyyətli şəxsin qətlə yetirildiyi Yaponiyanın Saqamihara şəhərində yandırılacaq.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
“Hadisənin üstündən beş il ötüb. Məqsəd hadisənin unudulmamasıdır. Qərəz və ayrıseçkiliyin olmayacağı ədalətli cəmiyyət yaratmaq istəyirik”, - Paralampiya Oyunlarının Təqdimat şöbəsinin rəhbəri Nobuyuki Hirota bildirib.
Növbəti Paralimpiya oyunlarının 24 avqust - 5 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Yaponiyada Satosi Uematsu adlı şəxs 2016-cı il iyulun 26-na keçən gecə əqli imkanları məhdud olan əlillər internatına silahlı hücum edərək, 19 nəfəri qətlə yetirib.