COVID-19 testinin cavabları gecikdi: Komanda meydana 10 nəfərlə çıxdı - VİDEO
Olimpiya oyunlarına vəsiqə qazanmaq uğrunda mübarizə aparan Honduras və Haiti futbol milliləri arasında baş tutan qarşılaşma maraqlı hadisə ilə diqqət çəkib.
Sports.ru xəbər verir ki, Haiti futbolçuları müxtəlif səbəblərdən COVID-19 testindən keçməyə gecikiblər və oyun günü yalnız testin cavabları çıxan futbolçular meydana daxil ola biliblər.
Nəticədə Haiti millisi meydanda yalnız 10 futbolçu ilə təmsil olunub.
Buna baxmayaraq, matçın gedişatında koronavirus testinin cavabı gələn oyunçular ehtiyat oyunçular skamyasındakı yerlərini tutmağa başlayıblar və Haiti millisinin məşqçiləri birinci hissənin ortalarında 11-ci futbolçunu meydana daxil edə biliblər.
Qeyd edək ki, Honduras rəqib qapısından üç cavabsız qol keçirərək meydanı qalib tərk edib.