Portuqaliya yığmasında növbəti itkilər



 

Portuqaliya millisinin iki futbolçusu - qapıçı Ruy Silva və sol cinah müdafiəçisi Rafael Gerreyru böyük ehtimalla DÇ-2022-nin seçmə mərhələsindəki Azərbaycanla oyunu buraxacaqlar. 

Sözügedən oyunçular zədə səbəbindən matçöncəsi son məşqə qatılmayıblar.

Bundan əvvəl Portuqaliya millisinin əsas qolkiperi Ruy Patrisiu və müdafiəçi Pepenin zədəli olduqları Azərbaycana qarşı oynamayacaqları bildirilmişdi.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində, “Yuventus” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.