Azərbaycanın güləşdəki Olimpiya lisenziyalarının sayı beşə çatdı: Avropada neçənciyik?



 

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, 16 güləşçi (5 sərbəst, 6 yunan-Roma, 5 qadın) ilə yarışa qatılan Azərbaycan Macarıstandan 3 lisenziya və 7 medalla qayıdır.

Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş medal qazandı. Qadın güləşində Tatyana Omelçenko (62 kq) yeganə medalımızı – “bürünc”ü aktivinə yazdırdı. Yunan-Roma güləşində isə yeganə qızıl medalımız oldu. Belə ki, Sənan Süleymanov (77 kq) bürünc, İslam Abbasov (87 kq) qızıl medal qazandı.

Təbii ki, yarış Olimpiadaya lisenziya qazanmaq baxımından önəm daşıdığından burada yarımfinalda qalib gəlmək finalda qələbədən üstün sayılırdı. Bu üzdən də finala çıxanlardan sərbəst güləşdə Hacı Əliyev və Hacımurad Hacıyev, yunan-Roma güləşində isə İslam Abbasov öz çəkiləri üzrə Azərbaycana Olimpiya lisenziyası qazandırdı. Bununla da Azərbaycanın güləşdə Olimpiya lisenziyalarının sayı 5-ə çatdı.

Bəs Azərbaycan Avropa zonası üzrə lisenziya qazanmaq baxımından neçənci sıradadır?

Oxu.Az bunu araşdırıb:

1. Rusiya Olimpiya Komitəsi – 13 (5 sərbəst, 5 yunan-Roma, 3 qadın güləşi)

2. Türkiyə – 8 (4 sərbəst, 3 yunan-Roma, 1 qadın güləşi)

3-6. Belarus – 7 (3 sərbəst, 1 yunan-Roma, 3 qadın güləşi)

3-6. Gürcüstan – 7 (3 sərbəst, 4 yunan-Roma güləşi)

3-6. Almaniya – 7 (1 sərbəst, 4 yunan-Roma, 2 qadın güləşi)

3-6. Ukrayna – 7 (1 sərbəst, 2 yunan-Roma, 4 qadın güləşi)

7-9. Azərbaycan – 5 (3 sərbəst, 1 yunan-Roma, 1 qadın güləşi)

7-9. Bolqarıstan – 5 (1 sərbəst, 1 yunan-Roma, 3 qadın güləşi)

7-9. Macarıstan – 5 (1 sərbəst, 3 yunan-Roma, 1 qadın güləşi)

10-11. Ermənistan – 4 (2 sərbəst, 2 yunan-Roma güləşi)

10-11. Polşa – 4 (1 sərbəst, 1 yunan-Roma, 2 qadın güləşi)

12-13. Serbiya – 3 (1 sərbəst, 2 yunan-Roma güləşi)

12-13. İsveç – 3 (1 yunan-Roma, 2 qadın güləşi)

14. Estoniya – 2 (1 yunan-Roma, 1 qadın güləşi)

15-28. Xorvatiya – 1 (yunan-Roma güləşi)

15-28. Danimarka – 1 (yunan-Roma güləşi)

15-28. Finlandiya – 1 (yunan-Roma güləşi)

15-28. Fransa – 1 (qadın güləşi)

15-28. Yunanıstan – 1 (qadın güləşi)

15-28. İtaliya – 1 (sərbəst güləş)

15-28. Kosovo – 1 (sərbəst güləş)

15-28. Latviya – 1 (qadın güləşi)

15-28. Litva – 1 (yunan-Roma güləşi)

15-28. Moldova – 1 (qadın güləşi)

15-28. Şimali Makedoniya – 1 (sərbəst güləş)

15-28. Rumıniya – 1 (qadın güləşi)

15-28. San Marino – 1 (sərbəst güləş)

15-28. İsveçrə – 1 (sərbəst güləş)

Qeyd edək ki, 2-4 apreldə Tunisin Hammamet şəhərində Afrika və Okeaniya zonası üzrə, 9-11 apreldə Qazaxıstanın Almatı şəhərində Asiya zonası üzrə və 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada dünya üzrə son təsnifat turnirləri keçiriləcək. Azərbaycanın 13 güləşçisi Sofiyada sonuncu lisenziyaları qazanmaq üçün mübarizəyə qatılacaq.

Səbuhi Musayev