Əcnəbi azarkeşlərin Olimpiadaya buraxılmaması Yaponiyaya baha başa gələcək
Yaponiya iqtisadiyyatı əcnəbi azarkeşlərin Olimpiadaya buraxılmamasına görə ciddi maliyyə itkilərilə üzləşəcək.
TASS xəbər veirir ki, “Namura” institutunun iqtisadçılarının hesablamalarına görə, əcnəbi azarkeşlərin yoxluğu ölkədə ən çox mehmanxana və restoran biznesinə zərbə vuracaq.
Ekspertlərin fikrincə, Yaponiya iqtisadiyyatı məlum qərarla bağlı 1.37 milyard dollar gəlirdən məhrum olacaq.
Əgər tədbirin təşkilatçıları yerli azarkeşlərin sayına da məhdudiyyət qoymağı qərara alsalar, bu gündoğar ölkənin iş adamları üçün əlavə itkilərlə müşayiət olunacaq.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən builki Olimpiadanın təşkilati xərcləri xeyli artıb və hazırda 15.9 milyard dollar təşkil edir.
Xatırladaq ki, Yay Olimpiya Oyunları 23 iyul-8 avqust aralığında keçiriləcək.