Hakan Çalhanoğlunun qolu “Milan”a səfərdə qələbə qazandırıb - VİDEO



 

Futbol üzrə İtaliya A Seriyasının 28-ci turun növbəti oyunu keçirilib.

Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən, turnir cədvəlində ikinci pillədə yer alan “Milan” səfərdə “Fiorentina” klubunun qonağı olub. 

“Fiorentina” – “Milan” - 2:3
Qollar: İbrahimoviç, 9 (0:1), Pulqar, 17 (1:1), Riberi, 51 (2:1), Diaz, 57 (2:2), Çalhanoğlu, 73 (2:3)

Bu qələbə sayəsində xal ehtiyatını 59-a çatdıran “Milan” turnir cədvəlində ikinci yerini möhkəmləndirib. “Fiorentina” isə 29 xalla 14-cü yerdə qərarlaşıb.