“Liverpul”un futbolçusu “Barselona” ilə ilkin müqavilə imzalayıb



 

“Liverpul”un yarımmüdafiəçisi Corcinio Veynaldum karyerasını La Liqada davam etdirəcək.

“The Sunday Times” futbolçunun “Barselona” ilə ilkin müqavilə imzaladığını yazıb. Qəzetin verdiyi məlumata görə, yarımmüdafiəçi mövsümün sonunda “Liverpul”u tərk edəcək.  

Qeyd edək ki, 30 yaşlı oyunçu bu mövsümdə 28 matçda 2 qol vurub.