Millimizlə oyunöncəsi Portuqaliya yığmasında daha bir zədə
Portuqaliya millisi yığmamızla oyuna daha bir itki ilə çıxa bilər.
Belə ki, yığmanın və “Portu”nun futbolçusu Pepe zədələnib.
38 yaşlı mərkəz müdafiəçisi “Portu”nun səfərdə “Portimonense”yə qalib gəldiyi oyunda zədələnərək meydanı erkən tərk edib.
“Portu”nun baş məşqçisi Serjiu Konseysau kapitanın durumuna bu gün aydınlıq gələcəyini söyləyib.
Qeyd edək ki, Pepe Portuqaliya yığmasının martın 24-də İtaliyanın Turin şəhərinki “Yuventus” stadionunda Azərbaycan millisi, martın 27-də səfərdə Serbiya və martın 30-da Lüksemburqla keçirəcəyi dünya çempionatının seçmə oyunları üçün heyətində yer alıb.
Daha əvvəl baş məşqçi Fernandu Santuş İngiltərə “Vulverhempton”unun qapıçısı Ruy Patrisiunu zədəli olduğu üçün heyətdən çıxarıb. 33 yaşlı qolkiperin əvəzinə Yunanıstan “Olimpiakos”undan Joze Saya dəvət göndərilib.