Beş ölkə Tokio Olimpiadasının keçirilməsinə qarşıdır - SORĞU



 

ABŞ, Çin, Fransa, Tayland və Koreya Respublikası sakinlərinin çoxu iyulun 23-dən avqustun 8-dək Yaponiya paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarının ləğvi və ya təxirə salınmasının tərəfdarıdır.

TASS-ın məlumatına görə, Yaponiyanın KİV Araşdırmaları İnstitutunun apardığı sorğunun nəticələri belə deməyə əsas verir.

Bildirilib ki, Olimpiadanın əleyhdarlarının ən çoxu Taylanddadır. Rəyi soruşulan ölkə sakinlərinin 95,6%-i oyunların ləğvi və ya təxirə salınmasını istəyir. Cənubi Koreyada bu göstərici 94,7%, Çində 82,1%, ABŞ-da 74,4%, Fransada isə 70,6%-dir.

Qeyd edək ki, dekabr-yanvar aylarında keçirilən sorğuda hər ölkədən min nəfər olmaqla, bütövlükdə beş min nəfər iştirak edib.