“Sevilya”nın qapıçısı 90+4-cü dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas etdi – VİDEO



 

İspaniya La Liqasının 28-cii turu çərçivəsində keçirilən “Valyadolid” – “Sevilya” matçında sonuncunun qapıçısı oyunun qəhrəmanına çevrilib.

Belə ki, ev sahibinin 44-cü dəqiqidə penatlidən vurduğu qola “Sevilya”nın qapıçısı matçın əsas vaxtına artırılmış 4-cü dəqiqədə vurduğu dəqiq zərbə ilə cavab verib.  

“Championat” portalının məlumatına görə, “Xose Sorrilya” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə sona çatıb.

Hazırda “Sevilya” 55 xalla turnir cədvəlində 4-cü, “Valyadolid” isə 27 xalla 16-cıdır.

Növbəti turda hər iki komandanı daha çətin sınaq gözləyir. Aprelin 4-də “Sevilya” çempionatın lideri “Atletiko”, “Valyadolid” isə ikinci yerdə qərarlaşan “Barselona” ilə üz-üzə gələcək.