“Qalatasaray”ın ulduzu azarkeşlərdən üzr istədi
“Qalatasaray”ın ulduz futbolçusu Deandre Yedlin azarkeşlərdən üzr istəyib.
Bu barədə “Spor Arena” yazıb.
Türkiyə çempionatında öz evində “Çaykur Rizespor”a 3-4 hesabı ilə məğlub olan “Qalatasaray”ın futbolçusu sosial şəbəkə hesabında bildirib:
“Qalatasaray”da ilk qolumu vurduğum gecənin daha fərqli tamamlanmasını istərdim, ancaq, təəssüf ku, heç arzu etmədiyimiz bir son yaşadıq. İştirak etdiyim 11 metrlik cərimə zərbəsi epizodu və komandamı azlıqda qoyduğum üçün hər kəsdən üzr istəyirəm”, - deyə D.Yedlin bildirib.