Məşhur idmançı əfsanəvi tryuku ilə vidalaşdı - FOTO/VİDEO
Skeytbordu kult oyuna çevirən Toni Houk əfsanəvi tryukunu sonuncu dəfə həyata keçirib.
Bu barədə “Mash” “Telegram” kanalı kadrlar yayıb.
52 yaşlı idmançı özünün “Ollie540”nı sonuncu dəfə təkrarlayandan sonra göz yaşlarına boğulub.
Qeyd edək ki, idmançı ilk dəfə bu tryukunu 1989-cu ildə edib. Skeyterin sözlərinə görə, ancaq yaş öz işini görür. O, 32 il bu texnikanı istitfadə etdiyini, lakin son 10 il ərzində hər uğursuz hərəkətinin bədəninə daha çox təsir etdiyini bildirib. Buna görə Toni bu tryukla vidalaşmaq qərarına gəlib.