Paşinyan: “Azərbaycanla kommunikasiyaların açılması vacibdir”



 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasının vacibliyini bəyan edib.

Bu barədə “İnterfaks” xəbər verib.

“Ermənistan və Azərbaycanın regionda düşmənçilik problemini həll etmək üçün regional kommunikasiyanı və yolları açmaq lazımdır”, - deyə Paşinyan bildirib.

“Bölgədəki düşmənçilik probleminin həllinə yönələn addım kommunikasiyaların açılmasıdır. Azərbaycan Naxçıvanla, biz isə Rusiya və İranla dəmir yolu əlaqəsi əldə etməliyik”, - deyə baş nazir əlavə edib.

Paşinyanın sözlərinə görə, bu məsələ artıq müzakirə olunur və problemin həlli hər iki tərəf üçün faydalıdır.