Əli Əsədovun Qazaxıstanın baş naziri ilə telefon danışığı olub



 

Qazaxıstan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Baş nazir Askar Mamin arasında telefon danışığı olub.

Nazirlikdən verilən məlumata görə, söhbət zamanı Askar Mamin öz həmkarını Novruz bayramı münasibətilə təbrik edib, Qazaxıstan və Azərbaycan xalqlarının uzunəsrlik dostluğunun möhkəm təməllərə söykəndiyini deyib. Azərbaycanın uğurları xüsusi vurğulanıb.

Telefon danışığında Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin iqtisadi və ticarət aspektlərinə dair bir sıra məsələlər müzakirə olunub.