Beş qadın güləşçimizin Olimpiada şansı



 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində bu gün qadın güləşçilərimiz xalça üzərinə çıxacaq.

Oxu.Az xəbər verir ki, beş güləşçimiz Olimpiadaya vəsiqə qazanmaq üçün finala çıxmağa çalışacaq.

53 kq
1/8 final. Leyla Qurbanova – Simonetta Seker (Macarıstan)

57 kq
1/8 final. Alyona Kolesnik – Evelina Nikolova (Bolqarıstan)

62 kq
1/4 final. Tatyana Omelçenko – Anastasiya Qriqoryeva (Latviya) / Sara Da Kol (İtaliya)

68 kq
1/8 final. Elis Manolova – İlana Kratiş (İsrail)

76 kq
1/8 final. Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya)

Qeyd edək ki, qadın güləşi üzrə millimizdə yalnız indiyədək Mariya Stadnik Olimpiadaya lisenziya qazanıb.