Mourinyo “Tottenhem” azarkeşlərindən üzr istədi
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandasının UEFA Avropa Liqasında yarışdan kənarlaşmasına münasibət bildirib.
Bu barədə BBC məlumat yayıb.
“Mən iki komanda arasında fərqdən məyus oldum. Komandadakı problemləri qəbul etməliyik. Mənim ünvanıma tənqidlərə gərək yoxdur. Mənə yalnız bu oyuna görə “Tottenhem” azarkeşlərindən üzr istəmək qalır. Ümid edirəm ki, onlar da mənim hiss etdiklərimi hiss edirlər. Mövsümün sonuncu oyununa qədər vəziyyəti düzəltmək üçün mümkün olan hər şeyi edəcəyik”, - deyə J.Mourinyo bildirib.