UFC: “O, 100 faiz rəsmi təqaüdçüdür” - FOTO



 

Mütləq Döyüş Çempionatının (UFC) çempionu Həbib Nurməhəmmədov rəsmən döyüşçü karyerasını başa vurub.

Bu barədə UFC-nin prezidenti Deyna Uayt öz “Twitter” hesabında məlumat yayıb.

“O, 100 faiz rəsmi təqaüdçüdür. Sizi necə işlədiyinizi izləmək inanılmaz idi, hər şey üçün təşəkkür edirəm, gələcəkdən zövq al, dostum”, - D.Uayt sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, bir müddət əvvəl D.Uayt H.Nurməhəmmədovla təkbətək görüşərək döyüşçünü karyerasını bərpa etməyə dəvət etmişdi.