Fransada çıxış edən əcnəbi futbolçular milli komandalara göndərilməyəcək



 

Fransa Peşəkar Futbol Liqası koronavirus pandemiyası səbəbindən Liqa 1 və Liqa 2-də çıxış edən Avropa İttifaqı üzvü olmayan ölkələrin futbolçularını milli komandalara göndərməyəcək.

“Haber Global”ın məlumatına görə, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

Qərarın hər iki liqada iştirak edən 40 klubun nümayəndələri tərəfindən yekdilliklə qəbul edildiyi bildirilib.

Qeyd edək ki, hazırda Fransada qüvvədə olan antikovid qaydalarına əsasən, öz ölkəsindən qayıdan əcnəbi futbolçular iki həftə müddətinə karantində qalmalıdırlar.