Fin hakimlər millimizin oyununa təyin olundu
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Slovakiya yığma komandasına qarşı keçirəcək oyununu idarə edəcək hakimlər açıqlanıb.
Oxu.az xəbər verir ki, aprelin 8-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmanı Finlandiyadan olan hakimlər idarə edəcək.
Xatırladaq ki, qarşılaşma Levitse şəhərində baş tutacaq.
Hakimlər: Kirill Naishouler, Arttu Künaraynen (hər ikisi Finlandiya), Martin Matula (Slovakiya)
Timekeeper: Miroslav Yezik (Slovakiya)
Hakim-inspektor: Peri Qotye (Belçika)