Azərbaycanlı hakimlər millimizin qrupundakı oyuna təyinat aldılar
Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.
Oxu.Az xəbər verir ki, onlar AVRO-2022-nin ilkin seçmə mərhələsində 3-cü qrupda aprelin 9-da keçiriləcək Yunanıstan - Moldova oyununu idarə edəcəklər.
Qeyd edək ki, bu qrupda millimiz də mübarizə aparır. Komandamız qrupun lideridir və vaxtından əvvəl AVRO-2022-yə vəsiqə qazanıb.