Avropa Liqasında 1/4 final mərhələsinin iştirakçıları bilinəcək: “Milan” “Mançester Yunayted”i qəbul edir



 

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin bütün iştirakçılarının adlarına aydınlıq gələcək.

Oxu.Az xəbər verir ki, bu gün 1/8 finalın cavab görüşləri keçiriləcək.

Təbii ki, günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutacaq. “Milan” İngiltərədə “Mançester Yunayted”i qəbul edəcək. Bu matçda İtaliya klubunun isveçli hücumçusu Zlatan İbrahimoviçin də meydanda olması gözlənilir. İsveç yığmasına geri qayıdan 39 yaşlı futbolçu artıq zədəsini sağaldıb.

Avropa Liqası

1/8 final mərhələsi (cavab oyunları)

21:55 “Molde” (Norveç) – “Qranada” (İspaniya)

İlk oyun – 0:2

21:55 “Dinamo” (Xorvatiya) – “Totenhem” (İngiltərə)

İlk oyun – 0:2

21:55 “Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)

İlk oyun – 3:1

21:55 “Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya)

İlk oyun – 0:3

00:00 “Reyncers” (Şotlandiya) – “Slaviya” (Çexiya)

İlk oyun – 1:1

00:00 “Milan” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə)

İlk oyun – 1:1

00:00 “Vilyareal” (İspaniya) – “Dinamo” (Ukrayna)

İlk oyun – 2:0

00:00 “Yanq Boyz” (İsveçrə) – “Ayaks” (Niderland)

İlk oyun – 0:3.