36 yaşlı müdafiəçi karyerasını bitirməyə hazırlaşır
İtaliyanın “Yuventus” klubunun 36 yaşlı müdafiəçisi Corcio Kyellini cari mövsümün sonunda karyerasını başa vura bilər.
Bu barədə “La Gazzetta Dello Sport” nəşri məlumat yayıb.
Mənbə yazır ki, müdafiəçi dizindəki ciddi zədə səbəbindən ötən mövsüm böyük bir hissəsini yaşıl meydanlardan kənarda qalıb.
Həmçinin qeyd olunur ki, “Yuventus” rəhbərliyi də yeni bir müqavilə təklif etməyə tələsmir. Bu fakt oyunçunun yaxın gələcəkdə karyerasını bitirmək barədə qərarına təsir göstərə bilər.
Xatırladaq ki, C.Kyellini 2005-ci ildən “Yuventus” klubunun formasını geyinir.