İşğaldan azad edilən rayonlardakı dağıntılar - VİDEO
10 Noyabr - Azərbaycan üçün zəfər, Ermənistan üçün isə kapitulyasiya tarixidir. Bu gün “dəmir yumruğ”un işini yekunlaşdırdığı, Azərbaycan əsgərinin XXI əsrdə qolunun qüvvəsi ilə qələbə qazandığı bir gündür. Bu gün işğaldan azad olunan vətən torpağına ayaq basanda erməni barbarlığının, ekoloji terrorunun bir daha şahidi oluruq.
Bəli, Azərbaycanın əzəli, əbədi torpaqları işğalçı qüvvələr tərəfindən boşaldıldı və əsl sahiblərinə təhvil verildi. Amma Ağdam, Kəlbəcər, Laçının görüntüləri ərazilərin necə viran qoyulduğnun bariz nümunəsidir. Evlərin dam örtüklərini, divarların daşlarını, hətta məzarlıqdakı sümükləri belə talayan barbarlar insanlıq adına yaraşmayan hərəkətləri ilə bir daha nə qədər vəhşi, nə qədər cəllad olduqlarını sübut edirlər. Bir zamanlar evlərinin gözəlliyi, zəngin bazarları, səsli-küylü şərq üslublu küçələri ilə Qarabağın gözü adlanan Ağdamı hazırkı halı ilə ruhlar şəhəri adlandırırlar.
Bəli, illər erməni xalqını dəyişə bilməyib. Dünyada insanlar inkişaf edib humanistliyə doğru irəlilədikcə, ermənilər də barbarlıqda, qəddarlıqda, insanlığa yaraşmayan ağılasığmaz vəhşilik üzrə inkişaf ediblər.