Baş nazir məhkumlara elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı qaydalarda dəyişiklik etdi



 

“Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Dəyişikliyə əsasən, “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələri bəndinin “mobil nəzarət qurğusu” yarımbəndinə bu hissə əlavə edilib: 

- İctimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin elektron nəzarət vasitələrindən istifadəsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” ilə müəyyən olunur.