Türkiyə XİN-dən “Moskva müqaviləsi” ilə bağlı BƏYANAT



 

Türkiyə Böyük Millət Məclisi Hökuməti ilə Rusiya Sovet Federativ Sosialist Respublikası arasında 16 mart 1921-ci il tarixində imzalanan “Dostluq və Qardaşlıq Müqaviləsi”nin 100 illiyi münasibətilə Türikiyə XİN-in saytında yazılı açıqlama yerləşdirilib.

Bildirilir ki, ortaq tarixə “Moskva müqaviləsi” kimi düşən sözügedən sənəd Türkiyə-Rusiya münasibətlərində əhəmiyyətli yer tutur.

İki ölkə arasındakı diplomatik əlaqələrin dövrün şərtləri daxilində siyasi əhəmiyyəti olduğu kimi, hüquqi baxımdan da nəticələr verdiyi bildirilir.

“Türkiyə və Rusiya Federasiyası bu gün dialoq və əməkdaşlığı ikitərəfli və regional səviyyədə davam etdirir. Bu əməkdaşlıq anlayışının qarşıdakı dövrdə də ikitərəfli münasibətlərimizlə yanaşı regional sülh, sabitlik və firavanlığa qatqı təmin olunmasına davam edəcəyinə inanırıq”, - deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, “Moskva müqaviləsi” əsasında 1921-ci il oktyabrın 13-də Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb.