Türkiyə və İran Qafqaz məsələsini müzakirə etdi: “Bölgəmizdə sülh və firavanlığa birlikdə nail ola bilərik”



 

İran və Türkiyə Xarici İşlər nazirləri Məhəmməd Cavad Zərif və Mövlüd Çavuşoğlu onlayn keçirilən II Beynəlxalq Tehran Dialoqu Forumunda Qafqaz məsələsini müzakirə ediblər.

Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında yazıb.

“II Beynəlxalq Tehran Dialoqu Forumuna qatıldıq. Qafqaz, Şərqi Aralıq dənizi və Əfqanıstanla bağlı regional əməkdaşlıq perspektivlərini paylaşdıq. Bölgəmizdə sülh və firavanlığa birlikdə nail ola bilərik”.