Hökumət deputatların təkliflərini araşdırıb
Hökumət ötən il deputatlar tərəfindən qaldırılan məsələləri, səsləndirilən təklifləri araşdırıb.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi Milli Məclislə hökumət arasında təmasların artmasına şərait yaradır.
Parlament sədri qeyd edib ki, hökumət araşdırdığı məsələlərlə bağlı Milli Məclisə geniş məlumat verib.
Aqşin Kərimov