İlham Əliyev: “Tuğ erməni kəndi olsaydı, məktəbi dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır!” - VİDEO



 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı Tuğ kəndində də olublar.

Bununla bağlı Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində video paylaşıb.

Ölkə başçısı Tuğ kəndinin qədim Azərbaycan kəndi olduğunu xüsusi vurğulayıb.

Prezident həmçinin ermənilər tərəfindən işğal zamanı dağıdılmış kənd mktəbini göstərərək bildirib:

“Sonra da deyirdilər Tuğ erməni kəndidir. Əgər bura erməni kəndi olsaydı, məktəbi dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub!”